SMM-analitika
Rəqəmlərə əsaslanan aylıq hesabat - əhatə, auditoriya davranışı və reklam nəticələri anlaşılan formatda izah olunur.
Necə işləyir
Instagram və Facebook-un öz statistikası çoxlu rəqəm göstərir, amma nəyin yaxşı, nəyin pis olduğunu anlamaq üçün onları müqayisəyə qoymaq lazımdır. Bir işgüzar sahiblərinin çoxu "əhatə 5000 idi" görəndə bunun yaxşı və ya pis olduğunu bilmir - keçən aya, sahə ortalamasına, öz auditoriya ölçüsünə nisbətən baxmadan bu rəqəmin heç bir mənası yoxdur.
Xüsusilə bir neçə ay davamlı işlədikdən sonra "əvvəlki ayla müqayisədə necəyik" sualına konkret cavab lazım olan bizneslər üçün faydalıdır. Tək dəfəlik yox, davamlı hesabat olduğu üçün trend görünür - bir aylıq rəqəm təsadüfi ola bilər, üç aylıq trend isə artıq nümunədir.
- Aylıq əhatə, saxlanma və qarşılıqlı əlaqə göstəricilərinin dinamikası;
- Hansı paylaşım növünün (Reels, karusel, statik) daha çox nəticə verdiyi;
- Auditoriyanın aktiv olduğu saatlar və günlər;
- Reklam xərcinin bir müraciətə düşən real dəyəri (CPL).
Hesabatı ağır Excel cədvəli kimi yox, 1-2 səhifəlik vizual formatda təqdim edirik - əsas rəqəmlər, dinamika qrafiki və "bu ay nə etməli" bölməsi. Belə ki, siz statistikanı oxumaq üçün ayrıca vaxt sərf etməli olmursunuz.
Analitika özbaşına dəyişiklik gətirmir - onu hərəkətə çevirmək lazımdır. Buna görə hər hesabatın sonunda konkret addım təklif edirik, məsələn hansı format daha çox çəkilməli, yoxsa reklam auditoriyası dəyişməlidir. SMM-audit xidməti ilə birləşdirildikdə daha dərin təhlil əldə edilir.
Tez-tez verilən suallar
Standart olaraq PDF formatında vizual hesabat göndərilir. İstəyə görə ay sonunda 15-20 dəqiqəlik qısa görüş də əlavə edə bilərik ki, suallarınıza canlı cavab verilsin.
Standart paketə hər ikisi daxildir - həm üzvi paylaşımların (post, Reels, stories), həm də reklam kampaniyalarının göstəriciləri təhlil olunur, çünki onlar bir-birinə təsir edir.