SMM.xidməti
Portfolio Haqqımızda Rəylər Reklam paketləri Əlaqə

Bloggerlərlə reklam

Brendinizə uyğun bloggerin seçilməsi və əməkdaşlığın danışıqdan nəticənin ölçülməsinə qədər tam idarə olunması.

Necə işləyir

Blogger reklamı ilə bağlı ən çox rast gəlinən çaşqınlıq - "böyük auditoriyası olan hər kəs uyğundur" düşüncəsidir. Əslində 500 min izləyicisi olan, amma reklam altında şərhi keçilmiş, süni auditoriyalı hesab, 15 min real və aktiv izləyicisi olan nişəvi bloggerdən qat-qat az nəticə verə bilər.

Xüsusilə yeni məhsul lansmanında və ya güvən yaratmaq lazım olan sahələrdə (kosmetika, sağlamlıq, təhsil) effektivdir - insanlar tanıdıqları üzün tövsiyəsinə reklamdan daha çox inanır. Kiçik büdcə ilə başlamaq istəyənlər üçün mikro-bloggerlərlə də işləmək mümkündür.

Seçim prosesində auditoriyanın real olub-olmadığını (izləyici artımı qrafiki, şərh keyfiyyəti), demoqrafik uyğunluğu və əvvəlki reklam nəticələrini yoxlayırıq. Sonra danışıqları biz aparırıq - qiymət, format (story, post, reels), material təhvil müddəti barədə - sizin vaxtınızı almadan.

Əməkdaşlıq zamanı material brendə uyğunluğu üçün əvvəlcədən nəzərdən keçirilir, çünki blogger öz üslubunda yazsa da, məhsul barədə səhv məlumat verilməməlidir. Reklamdan sonra nəticəni (yeni izləyici, profilə keçid, mesaj sayı) izləyib hesabat veririk ki, hansı bloggerlə davam etməyə dəyər olduğunu bilin.

Bu xidmət tez-tez pabliklərdə səpin ilə müqayisə olunur - fərq odur ki, blogger reklamı şəxsi güvənə, pablik səpini isə geniş əhatəyə əsaslanır. Hər ikisi büdcə və məqsədə görə seçilə bilər.

Tez-tez verilən suallar

Hər iki variant mümkündür - istəsəniz özünüz birbaşa ödəyirsiniz, biz sadəcə koordinasiya edirik, istəsəniz bütün prosesi (danışıq + ödəniş) biz idarə edirik. Bu, sizinlə əvvəlcədən razılaşdırılır.

Bloggerin özündən 100% zəmanət vermək mümkün deyil - bu hər agentlik üçün belədir. Amma seçim mərhələsində diqqətli təhlil elə buna görə edilir ki, risk minimuma endirilsin, nəticə isə növbəti seçimlərdə nəzərə alınır.

İrəliləyiş üçün layihəniz var?

Brendiniz haqqında danışın - strategiya təklif edək və büdcəni qiymətləndirək

+994 50 777 02 77 💬 WhatsApp-a yazın